“Bunun üçün iki variant var” – Kalından Azərbaycan mesajı

26 Sentyabr 2022 13:32 (UTC+04:00)

Türkiyə və İsrail təbii qazın Avropaya nəqli ilə bağlı danışıqlar aparacaq.

Teleqraf.com xəbər verir ki, bunu Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın deyib.

Onun sözlərinə görə, iki nümayəndə heyətinin görüşü oktyabrda baş tutacaq.

Kalın qeyd edib ki, Avropada enerji daşıyıcılarının çatışmazlığından yaranan təzyiqi qismən kompensasiya etmək üçün iki alternativ var:

“Birincisi, Azərbaycan qazının Xəzər dənizindən nəqli üçün Trans-Anadolu Boru Kəmərinin (TANAP) gücləndirilməsidir. İkincisi, İsrail, Livan və Misirin təbii qazının Türkiyə ərazisindən nəqli üçün alternativ nəqliyyat marşrutlarının inkişaf etdirilməsidir”.

İbrahim Kalın hesab edir ki, Avropanın enerji təhlükəsizliyi istənilən halda Türkiyədən asılı olacaq.