Yasamalda avtomobildən pul oğurlandı

27 Sentyabr 2022 10:39 (UTC+04:00)

Bakının Yasamal rayonunda oğurluq hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Yasamal rayon Polis İdarəsinin 29-cu polis şöbəsinə M.Xiyabani küçəsində “Mercedes” markalı bir avtomobildən 17.250 manatın oğurlanması barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Fərid Ağayev və Hüseyn Hümbətov müəyyən olunaraq saxlanılıblar.

Faktla araşdırma aparılır.