Əməkdar artistdən paylaşım: "Bütün acılara rəğmən..."

27 Sentyabr 2022 12:41 (UTC+04:00)

Əməkdar artist Gülzar Qurbanova Anım günüylə bağlı paylaşım edib.

Teleqraf.com xəbər verir ki, aktrisa Feysbuk hesabında qəhrəman şəhidlərimizin daim qəlbimizdə yaşayacağını qeyd edib:

"2020-ci ilin 27 sentyabrı səhər saat 5 idi... Oyandım, qışqırdım: Müharibə! Bu gün o gündür.
Müharibə, sən dəhşətlisən. Bir dəfə görüşəndən sonra sən unudulmazsan. Görüşdüyümüz vaxtdan sənin nəfəsini hələ də xatırlayıram. Anaların, ataların, qadınların, uşaqların, qocaların dəhşətli üzlərini, yaralıların ürək parçalayan iniltilərini, silahların gurultusunu, güllələrin fitini unutmaq olmaz.. Sən yollarına çıxan hər şeyi parçalayıb, yandırırsan. Sən olan yerdə ağrı, kədər, nifrət, ölüm olur. Sənin üzündən dostlarını, əzizlərini itirmiş insanlara vurduğun yara sağalmır.

Bütün acılara rəğmən hər gün gözümüzü qamaşdıran günəşə qucaq acırıq. Allahın rənginə boyanmış Şəhidim... Azərbaycan səmasında yeri nurlandıran Günəş hər gün sizi xatırladacaq. Qəhrəmanlar ölmür. Onlar bizim qəlbimizdə yaşayır və yaşayacaqlar".