Türkiyə ordusu Suriyanın şimalında 13 terrorçunu məhv etdi

28 Sentyabr 2022 08:00 (UTC+04:00)

Türkiyə ordusu Suriyanın şimalında PKK terror təşkilatının bu ölkədəki qanadının 13 silahlısını zərərsizləşdirib.

Teleqraf.com xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, PKK/YPG yaraqlıları “Fərat Qalxanı”, “Barış pınarı” və “Zeytun budağı” antiterror əməliyyatlarının aparıldığı ərazilərdə təxribat və hücumlar təşkil etməyə çalışarkən zərərsizləşdiriliblər.