Kral oğullarını yüksək vəzifələrə təyin etdi

28 Sentyabr 2022 08:29 (UTC+04:00)

Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səud vəliəhd şahzadə Məhəmməd bin Salman Əl Səudu krallığın Baş naziri təyin etməsi barədə fərman imzalayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə “Al-Arabiyya” telekanalı məlumat yayıb.

Bundan başqa Salman bin Əbdüləziz Əl Səudun iştirak etdiyi hökumət iclasları onun sədrliyi ilə keçiriləcək.

Həmçinin Səudiyyə Kralının fərmanı ilə oğlu- Xalid bin Salman bin Əbdüləziz ölkənin müdafiə naziri təyin edilib.

Bu təyinatlardan əvvəl kral özü kabinetə rəhbərlik edib, vəliəhd isə Səudiyyə Ərəbistanının Baş nazirinin birinci müavini və müdafiə naziri olub.