İrəvan-Moskva reysində problem - Təyyarə təcili eniş etdi

28 Sentyabr 2022 12:24 (UTC+04:00)

Rusiyanın paytaxtı Moskvadan İrəvana uçan “Aeroflot” təyyarəsi texniki səbəblərdən Mineralnı Vodıda eniş edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya Hava Yolları Şirkəti məlumat yayıb.

Aviaşirkətdən bildirilib ki, təyyarə dəyişdirildikdən sonra təyinatı üzrə uçuş davam etdiriləcək.