Ötən il 84 körpəni 16 yaşa qədər qadın dünyaya gətirib

28 Sentyabr 2022 13:26 (UTC+04:00)

Ötən il Azərbaycanda 84 körpəni 16 yaşa qədər qadın dünyaya gətirib.

Teleqraf.com Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, keçən il üzrə 9 476 körpə 20 yaşadək qadınlar tərəfindən doğulub.

Körpələrdən 341-ni 16 yaşda olan, 1 225-ni 17 yaşda olan, 2 972-sini 18 yaşda olan, 4 854-nü isə 19 yaşda olan qadın doğub.