Bakıda və bölgələrdə güclü külək davam edəcək

29 Sentyabr 2022 09:49 (UTC+04:00)

Ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sentyabrın 29-dan 30-u səhərədək şimal-qərb küləyinin 15-20 m/s, bəzi yerlərdə arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında sentyabrın 29-dan 30-u səhərədək əsasən dağlıq və dağətəyi rayonlarda qərb küləyinin arabir 20-25 m/s-dək güclənəcəyi gözlənilir.