Zəngilan Beynəlxalq Hava Limanı bu tarixdə açılacaq

29 Sentyabr 2022 14:41 (UTC+04:00)

Oktyabrın ortalarında Zəngilanda Beynəlxalq Hava Limanının açılışı gözlənilir.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonunun işğaldan azad olunmuş ərazilərindəki Xüsusi Nümayəndəliyinin böyük məsləhətçisi Araz İmanov deyib.

“Oktyabrın ortalarında Zəngilan hava limanına ilk uçuşların başlanması gözlənilir", - A.İmanov bildirib.

O əlavə edib ki, açılışda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edəcək.