Rubl dollar və avro qarşısında bahalaşır - 8 il sonra ilk...

30 Sentyabr 2022 17:47 (UTC+04:00)

Bu gün dollar/rubl pariteti 1,27 faiz azalaraq 56,5 səviyyəsinə düşüb, avro/rubl pariteti isə 2014-cü ildən bəri ilk dəfə 6,5 faiz ucuzlaşaraq 53 səviyyəsindən aşağı düşüb.

Teleqraf.com xəbər verir ki, məlumatı Moskva Birjasının yayıb.

Beynəlxalq bazarlarda Rusiyanın əsas ixrac məhsulu Brent markalı neftin bir barelinin qiyməti 88,3 dollara satılır.

Analitiklər bildiriblər ki, yüksək enerji qiymətləri və ölkədə davam edən kapital nəzarəti Rusiya rublunu dəstəkləyir.