Ukrayna Dünya Bankından daha 530 milyon dollar alacaq

1 Oktyabr 2022 08:18 (UTC+04:00)

Dünya Bankı Ukrayna hökumətinə təcili ehtiyacların ödənilməsinə kömək etmək üçün əlavə 530 milyon dollar ayırdığını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "Hromadske" telekanalı Dünya Bankının press-relizinə istinadən deyib.

"Maliyyələşdirmə Böyük Britaniya (500 milyon dollar) və Danimarkadan (30 milyon dollar) kredit zəmanəti ilə təmin edilir", - deyə bildirilib.

Bu günə qədər Dünya Bankı donorların öhdəlikləri və vədləri də daxil olmaqla, Ukrayna üçün təcili maliyyələşdirmə üçün təxminən 13 milyard dollar səfərbər edib. Bu vəsaitin 11 milyard dolları tam ödənilib.