Kamran Əliyev "Tərtər işi"ndən danışdı: "18 nəfər barəsində..."

1 Oktyabr 2022 09:58 (UTC+04:00)

"Tərtər işi" ilə bağlı zəruri istintaq hərəkətləri davam etdirilir.

Teleqraf.com-un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Baş prokuror Kamran Əliyev deyib.

O bildirib ki, istintaq hal-hazırda davam etdirilir.

"Qanunun tələb etdiyi bütün zəruri tədbirlər yerinə yetiriləcək", - deyə K.Əliyev əlavə edib.

Kamran Əliyevin sözlərinə görə, Ali Məhkəmənin Plenumunda Azərbaycan Respublikası Baş prokurorunun "Tərtər işi" ilə bağlı ərizəsi təmin olunub: "Məhkəmənin qərarı ilə 18 nəfər barəsində iki cinayət işi üzrə son kassasiya qərarı ləğv edilib. İş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilib”.