Ukrayna Limanı və 5 yaşayış məntəqəsini azad etdi - Rusiya təsdiqlədi

1 Oktyabr 2022 19:26 (UTC+04:00)

Rusiya qoşunlarının Ukraynanın Donetsk vilayətinin Liman şəhəri və daha 5 yaşayış məntəqəsindən geri çəkilməsi təsdiqlənib.

Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.

Qeyd edək ki, Ukrayna hərbçiləri Limanla yanaşı, Yampol, Novoselovka, Şandriqolovo, Drobışevo və Stavki yaşayış məntəqələrini də nəzarət altına alıb.