Alt paltarı ilə səhnəyə çıxdı, etdikləri... - Şok görüntü

1 Oktyabr 2022 22:07 (UTC+04:00)

Paris moda həftəsi çərçivəsində səhnəyə çıxan dünya şöhrətli model Bella Hadid hər kəsi təəccübləndirib.

Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, model alt paltarı ilə səhnəyə çıxıb və onun üzərində çiləmə üsulu ilə geyim hazırlanıb.

Prosesin nəticəsində tamaşaçılar onu ağ rəngli, orta uzunluqlu, yarıqlı və çiyni açıq düz libasda görüblər.

Hadidin qeyri-adi proseslə hazırlanan geyimi böyük marağa səbəb olub.