“Şimal axını 2” kəmərində qaz sızması dayandırıldı

2 Oktyabr 2022 11:12 (UTC+04:00)

“Şimal axını 2” boru kəmərində qaz sızması dayandırılıb.

Teleqraf.com Axar.az-a istinadən xəbər verir ki, bu barədə Danimarka Enerji Agentliyinin Tvitter səhifəsində yazılıb.

“Şimal axını 2” boru kəmərini işlədən şirkətə Rusiyadan Almaniyaya qədər uzanan boru kəmərində təzyiqin balanslaşdırılmış olduğu bildirilib. Bu, kəmərdə sızmanın dayandığını göstərir”, - məlumatda qeyd olunub.