Rusiyanın Almaniyadakı səfiri XİN-ə çağırıldı

2 Oktyabr 2022 23:08 (UTC+04:00)

Rusiyanın Berlindəki səfiri Sergey Neçayev Almaniyanın Xarici İşlər Nazirliyinə çağırılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə DPA agentliyi Almaniya Xarici İşlər Nazirliyinə istinadla məlumat yayıb.

İlkin məlumata görə, Almaniya hökuməti Ukraynanın dörd regionunun Rusiyaya birləşdirilməsinə bu yolla reaksiya verib.

Diplomatın “çox yaxın vaxtda” Almaniya XİN-də olması gözlənilir.