Devrilmiş prezident ölkəni tərk etdi

3 Oktyabr 2022 01:44 (UTC+04:00)

Sentyabrın 30-da üsyançı hərbi qüvvələr tərəfindən hakimiyyətdən uzaqlaşdırılan Burkina Faso prezidenti, podpolkovnik Pol-Henri Sandaoqo Damiba bazar günü dövlət başçısı vəzifəsindən istefa verməyə razılaşıb.

Teleqraf.com xəbər verir ki, Damiba oktyabrın 2-də Burkina-Fasonu tərk edərək qonşu ölkə Toqoya yollanıb. Belə ki, Damiba ilə üsyançılar arasında aparılan danışıqlarda Toqonun prezidenti də iştirak edib.

Hazırda kapitan İbrahim Traore Burkina Fasonun yeni lideri sayılır.