Mahnı üstündə döyülən musiqiçi öldü

3 Oktyabr 2022 00:39 (UTC+04:00)

Türkiyənin Ankara şəhərinin Çankaya səmtindəki əyləncə mərkəzində musiqiçi Onur Şener 3 nəfər tərəfindən döyülüb.

Teleqraf.com xəbər verir ki, davaya səbəb musiqiçinin sifariş olunan mahnını ifa edə bilməməsi olub.

Döyülən musiqiçi aparıldığı xəstəxanada dünyasını dəyişib.

Polis 3 nəfəri həbs edib.