Ukrayna Prezidenti ofisinin rəhbəri İbrahim Kalınla görüşdü

2 Oktyabr 2022 23:57 (UTC+04:00)

Ukrayna Prezidenti ofisinin rəhbəri Andrey Yermak Türkiyədə səfərdədir.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Prezidenti ofisindən bildirilib.

Qeyd olunub ki, səfər çərçivəsində o, Türkiyə Prezidentinin sözçüsü İbrahim Kalınla görüşüb.