De Byazi gedir, ya qalır? - Bu tarixdə bəlli olacaq

3 Oktyabr 2022 15:50 (UTC+04:00)

Yığmamızın baş məşqçisi Canni De Byazinin Azərbaycan millisindəki taleyinə oktyabrın 4-də aydınlıq gələcək.

Teleqraf.com xəbər verir ki, sabah AFFA-nın İcraiyyə Komitəsinin (İK) növbəti iclası olacaq. Bu barədə AFFA-nın saytı məlumat yayıb.

İcraiyyə Komitəsi saat 15:00-da start götürəcək toplantıda yığmanın baş məşqçisi vəzifəsinə təyinatla bağlı müzakirə aparacaq.

Bundan əlavə, iclasda aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçisi vəzifəsinə təyinatlarlar, lisenziyalaşdırma qaydalarında müvafiq dəyişikliklərin təsdiqi, Futbol Veteranları Fondunun Əsasnaməsində müvafiq dəyişikliklər, Nəzarət-Təftiş Komitəsinin tərkibinin təsdiqi və digər məsələlər müzakirə ediləcək.