UEFA növbəti dəfə "Qarabağ"la bağlı paylaşım etdi

3 Oktyabr 2022 18:35 (UTC+04:00)

UEFA növbəti dəfə "Qarabağ"la bağlı paylaşım edib.

Teleqraf.com xəbər verir ki, Avropa Liqasının rəsmi tviter səhifəsində "köhlən atlar"ın Azərbaycan Premyer Liqasındakı uğurlu çıxışı vurğulanıb.

Paylaşımda Ağdam klubunun ardıcıl 7 matçda qələbə qazandığı və ölkə çempionatında dominantlıq etdiyi bildirilib.

Qeyd edək ki, "Qarabağ" Premyer Liqanın son turunda "Azersun Arena"da "Neftçi"ni 3:1 hesabı ilə məğlub edib.