"Pulu çoxdur, özü üçün yaşayır" - Röya Ayxan

4 Oktyabr 2022 14:30 (UTC+04:00)

Xalq artisti Röya Ayxan Azad Azərbaycan Televiziyasında yayımlanan "7 canlı" verilişində açıqlaması ilə diqqət çəkib.

Teleqraf.com-un xəbərinə görə, Röya Ayxan onu varlı hesab edənlərə cavab verib: "Pulu çox olan insanlar barəsində deyirlər ki, "bunun nə vecinədir, pulu çoxdur, özü üçün yaşayır". Mənim haqqımda çoxu elə düşünür. Bizim keçirdiyimiz stressi, itirdiyimiz qazancı, pulları, gördüyümüz o maneələri siz yaxşı ki, görmürsünüz. Az qazanan az əziyyət çəkir, çox qazananın çox... Ailədə elə problemlər çıxır, başa düşürsən ki, hansısa əzizinə kömək lazımdır. Yenə də pul çatmır".