Ukrayna ordusu İrana məxsus 6 PUA-nı məhv etdi

5 Oktyabr 2022 10:37 (UTC+04:00)

Bu gecə Ukraynalı ordusu İrana məxsus 6 ədəd “Şahed-136” kamikadze dronunu məhv edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri öz Teleqram kanalında məlumat yayıb.

“Oktyabrın 5-nə keçən gecə Rusiya ordusu “Şahed-136” kamikadze pilotsuz təyyarələri ilə Ukraynaya hücum edib”,- qeyd olunur.

Bildirilir ki, İran istehsalı olan 6 ədəd kamikadze dronu məhv edilib:

“Altı kamikadze pilotsuz təyyarə ölkənin cənubunda Hərbi Hava Qüvvələrinin zenit-raket bölmələri tərəfindən sıradan çıxarılıb”.