Rusiya Litva diplomatını persona-non-qrata elan etdi

5 Oktyabr 2022 22:05 (UTC+04:00)

Rusiya Litvanın müvəqqəti işlər vəkili Virginiya Umbraseni ölkədən çıxarır.

Teleqraf.com xəbər verir ki, bu barədə Rusiya XİN açıqlama yayıb.

XİN bu addımın Litvanın Rusiyanın müvəqqəti işlər vəkili Sergey Ryabokonu ölkədən çıxarmasına cavab olduğunu açıqlayıb.