Rusiya ilhaq etdiyi Zaporojye vilayətinə raket zərbələri endirdi

6 Oktyabr 2022 10:03 (UTC+04:00)

Rus ordusu Zaporojyenin infrastruktur obyektlərini raketlərlə vurublar.

Teleqraf.com xəbər verir ki, bunu Zaporojye vilayətinin hərbi administrasiyasının rəhbəri Aleksandr Starux məlumat verib.

“Ruslar rayon mərkəzinə raket zərbələri endirib. Əsas hədəf infrastruktur obyektləri olub. Dağıntı və tələfatla bağlı məlumatlar açıqlanacaq”, - Starux bildirib.

Onun məlumatına görə, hücumlar nəticəsində şəhərdə yanğınlar baş verib. Yaşayış binaları da dağılıb. Qurbanların dəqiq sayı hələlik məlum deyil. Artıq hadisə yerində xilasedicilər işləyir.

Starux yerli sakinlərə xəbərdarlıq edib: “Təhlükəsizlik qaydalarına əməl edin, sığınacaqlarda qalın. Pəncərələrə yaxınlaşmayın. Hücumların nəticələri ilə bağlı fotoşəkil çəkməyin. Atışma barədə məlumat yaymayın”.