Xanımı Araz Əlizadənin ölümündən danışdı

6 Oktyabr 2022 11:54 (UTC+04:00)

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə 70 yaşında vəfat edib.

Bu barədə Teleqraf.com-a onun həyat yoldaşı məlumat verib.

Onun sözlərinə görə, mərhum Araz Əlizadə bir neçə gün əvvəl Milli Onkologiya Mərkəzinə yerləşdirilib və dünən dünyasını dəyişib: "Artıq Arazı itirdik, bu, ailəmiz üçün böyük itkidir".

A.Əlizadə bu gün Yasamal qəbiristanlığında torpağa tapşırılacaq.