Sayt rəhbərinin həbs müddəti artırıldı - Qərar

6 Oktyabr 2022 14:35 (UTC+04:00)

İlahiyyatçı, Maide.az saytının rəhbəri Sərdar Babayevin barəsində həbs qətimkan tədbirin uzadılması ilə bağlı istintaq orqanının vəsatətinə baxılıb.

Teleqraf.com xəbər verir ki, bu barədə Sərdar Babayevin vəkili Cavad Cavadov məlumat yayıb.

Səbail rayon Məhkəməsinin qərarı ilə Sərdar Babayevin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 6 ay uzadılıb.

İstintaq orqanı tərəfindən Sərdar Babayev Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham edilib.

Səbail rayon Məhkəməsinin qərarı ilə Sərdar Babayevin barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Sərdar Hacıhəsənli kimi tanınan Sərdar Babayev 2017-ci ildə dini təbliğat, dini ayin və mərasimlərin aparılması tələblərini pozmaqda ittiham edilərək 3 il müddətinə azadlıqdan məhrum edilib.

2020-ci il fevralında isə azadlığa buraxılıb.