Qərb Rusiyanı gözdən salmaq istəyir - Matviyenko

6 Oktyabr 2022 18:10 (UTC+04:00)

Rusiya Federasiya Şurasının spikeri Valentina Matviyenko Qərbin Rusiya ilə bağlı bəyanatlarını (nüvə silahından istifadə etməklə dünyanı hədələyir və təhlükə yaradır və s.) yalan adlandırıb.

Teleqraf.com-un məlumatına görə, Matviyenko G20 parlamentlərinin spikerlərinin sammitində bildirib ki, Qərb Rusiyanı gözdən salmaq, Kreml ətrafında belə qızğın rusofobiyanı qızışdırmaq, dünyanı Rusiya ilə qorxutmaq arqumentlərini tükədib:

"Rusiyaya nüvə təhlükəsindən bəhs edən bu karikaturanı çəkməyə başladılar. Bu, növbəti yalan, növbəti saxtakarlıqdır”.

Onun sözlərinə görə, Rusiyanın heç vaxt kimisə nüvə silahı ilə hədələmək planları olmayıb:

"Moskva bunu yalnız çəkindirici vasitə kimi qəbul edir - belə silahlardan yalnız təcavüz və hücum zamanı istifadə etmək olar".