Damla "Camdakı qız" obrazında... - Video

7 Oktyabr 2022 15:00 (UTC+04:00)

Müğənni Damla yeni klipini təqdim edib.

Teleqraf.com xəbər verir ki, sənətçi bu dəfə “Mən razı” mahnısı üçün kamera qarşısına keçib.

Layihənin rejissorluğunu Xəyal Hüseyn öz üzərinə götürüb. Çəkilişlər meşədə aparılıb.

Sözü və musiqisi Ülvu Qurbanova aid mahnı üçün sənətçi müxtəlif obrazlarda kamera qarşısına keçib. Klipdə gah "Qırmızıpapaq", gah da “Camdakı qız” obrazlarında olub.

Yeni klip artıq Damlanın rəsmi yutub kanalında yayımlanıb.