Ruslar Zaporojye AES-in möhürünü ələ keçirdi

7 Oktyabr 2022 18:05 (UTC+04:00)

Zaporojye AES-i ələ keçirmək cəhdlərini davam etdirən ruslar dünən müəssisənin sənədləri imzalamaq hüququnu təsdiq edən möhürünü oğurlayıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə NNEGC Energoatom "Telegram"da məlumat yayıb.

Zaporojye AES-in baş direktoru Petr Kotin yeni möhürün qüvvəyə minməsi və əvvəlki oğurlanmış möhürün etibarsız sayılması barədə əmr verib.