Həmkarını söyən aktyorun cəzası bəlli oldu

7 Oktyabr 2022 18:21 (UTC+04:00)

Türkiyənin tanınmış aktyoru Murad Ünalmışın 2001-ci ildə həmkarı Kərəm Alışıka açdığı məhkəmə davası yekunlaşıb.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, məhkəmə qərarına əsasən Ünalmışı “xiyar oğlu” adlandıran Alışıka pul cəzası kəsillib.

Qeyd edək ki, aktyorlar arasında mübahisə "Bir zamanlar Çukurova" serialının çəkilişi zamanı baş verib.

İkilinin arasında yaşanan gərginlikdən sonra Murad Ünalmış Kərəm Alışıkı məhkəməyə verib.