Elon Mask: "Bayden qocalıb, daha ondan prezident olmaz"

7 Oktyabr 2022 18:49 (UTC+04:00)

Amerikalı sahibkar, SpaceX - in qurucusu İlon Mask "Financial Times"a verdiyi müsahibədə ABŞ prezidenti Co Baydenin ikinci müddətə namizəd olmaq üçün çox qoca olduğunu söyləyib.

Teleqraf.com xəbər verir ki, Mask Baydenin ölkədə aralıq seçkilərinə 5 həftə qalmış ictimai bəyənmə reytinqinin onun bütün prezidentliyi dövründə demək olar ki, ən aşağı səviyyəyə düşdüyünü qeyd edib: "Baydenin yaşı və fiziki durumu növbəti mərhələdə ABŞ prezidenti olmasına imkan vermir".