Şalvarından üç ilan çıxdı - 20 ilə qədər həbs

7 Oktyabr 2022 20:05 (UTC+04:00)

ABŞ- ın sərhədçiləri Kanadaya üç piton keçirməyə cəhd edən şəxsi saxlayıblar.

Teleqraf.com xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb.

Bildirilir ki, Kalvin Batista adlı şəxs ilanları şalvarında gizlədib.

Günahı sübuta yetirilərsə, onu 20 ilə qədər həbs və 250 min dollar cərimə gözləyir.

Floridada yaşayan Birma pitonları vəhşi təbiətdə 25 ilə qədər yaşaya və uzunluğu yeddi metrə qədər böyüyə bilər. İnsanlar üçün onlar təhlükəli deyil və əsasən kiçik heyvanlarla qidalanır.