Zeynəb Xanlarovanın 33 il əvvəl BMT-də verdiyi konsert - Nadir görüntülər/Video

7 Oktyabr 2022 21:31 (UTC+04:00)

SSRİ xalq artisti, korifey sənətkarımız Zeynəb Xanlarova dünyanın bir çox ölkələrində konsertlər verib. O, xarici ölkələrdə səhnələrdə oxuduğu mahnılarla vətənəmizi tərənnüm edib, insanları dostluğa və qardaşlığa səsləyib.

Teleqraf.com xəbər verir ki, o, Yəməndə +50 dərəcə temperaturda açıq havada konsert verib. Əfqanıstanda isə tankların, pulemyotların müşayiəti ilə konsert keçirib. Əfqanıstanın o vaxtkı rəhbəri Nəcibulla tərəfindən ən yüksək dövlət ordeninə layiq görülüb. Keçmiş SSRİ-dən, eləcə də Azərbaycandan Yaponiyada konsert verən ilk müğənnidir.

Z.Xanlarova Briləşmiş Millətlər Təşkilatının binasında konsert vermiş yeganə sənətkarımızıdır.

Zeynəb xanımın həmin konsertindən çəkilmiş nadir görüntüləri oxucularımıza təqdim edirik.

3 mart 1989-cu ildə Nyu-Yorkda, BMT-nin binasında təşkil edilmiş konsertdə Z.Xanlarova Azərbaycan mahnllarını ifa edib. Kadrlarda konsertə gələnlərin sənətkarı alqışladığı görünür.

/Azpost.info/