Elvis Preslinin evi 5,65 milyon dollara satışa çıxarıldı

7 Oktyabr 2022 23:09 (UTC+04:00)

Amerikalı Rokn roll kralı Elvis Presli və həyat yoldaşı Priscilla Bevleyin Kaliforniyadakı bağ evi satılır.

Teleqraf.com xəbər verir ki, bu barədə "New York Post" məlumat yayıb.

1966-cı ildə yeni evlənən Elvis və Priscillanın bal ayını keçirdikləri Kaliforniya evi 5,65 milyon dollara satışa çıxarılıb. Evin dörd yataq və beş vanna otağı var.
Palm Springsdəki ev iki ildən çoxdur ki, təmir olunur. Ev indi Elvis pərəstişkarlarını və memarlıq bilicilərini cəlb edən tanınmış bir simvoldur. Evin satıcıları Seattle investorları Den Bridge və Paul Armitsteaddir.