Rusiyanın Kursk vilayəti atəşə tutuldu

8 Oktyabr 2022 00:58 (UTC+04:00)

Rusiyanın Kursk vilayəti atəşə tutulub.

Teleqraf.com xəbər verir ki, bu barədə Kursk vilayətinin qubernatoru Roman Starovoit öz Teleqram kanalında yazıb.

O qeyd edib ki, Qluşkovski rayonunun Volfino kəndi atəşə tutulub.

Onun sözlərinə görə, atəş nəticəsində xəsarət alan olmayıb, bir neçə evə və şəxsi avtomobilə ziyan dəyib.

Kursk vilayətində oktyabrın 22-dək terror təhlükəsi "sarı" səviyyədədir .

Bir gün əvvəl Kursk vilayətinin qubernatoru şəhər tipli Tetkino qəsəbəsinin Ukrayna Silahlı Qüvvələri tərəfindən atəşə tutulduğunu açıqlamışdı.