Gəncənin üçüncü dəfə raket atəşinə tutulmasından iki il keçdi

8 Oktyabr 2022 00:14 (UTC+04:00)

Bu gün Ermənistan silahlı qüvvələrinin Gəncə şəhərini üçüncü dəfə raket atəşinə tutmasından iki il keçir.

Teleqraf.com xatırladır ki, 2020-ci il oktyabrın 8-də Ermənistan Vətən müharibəsində məğlubiyyətinin acığını mülki əhalidən çıxmaq üçün Gəncəni növbəti dəfə atəşə tutub.

Nəticədə ölən və yaralanan olmayıb.

Qeyd edək ki, Ermənistan Gəncəni birinci dəfə 2020-ci il oktyabrın 4-də, ikinci dəfə isə oktyabrın 5-də raketlərlə atəşə tutub.