İdman dünyasını sarsıdan seks skandalları - FOTOLAR

9 Dekabr 2014 17:36 (UTC+04:00)

Teleqraf.com idman tarixinə damğa vuran ağlasığmaz seks skandallarını təqdim edir.

1. İngiltərə yığmasının oyunçusu Aşli Kol və xanımının münasibəti futbolçunun modelə çılpaq fotoşəkillərini göndərməsi ilə sona çatıb.

2. İngiltərə yığmasının daha bir müdafiəçisi Con Terri yaşadığı sevgi münasibətləri ilə uzun müddət gündəmdə qalıb. O, keçmiş komanda yoldaşı Ueyn Bricin xanımı Vanessa Perroncel ilə eşq münasibəti yaşayıb.

"Mançester Siti" formasıyla "Stamford Bridge"ə gələn Ueyn Bric futbolçularla salamlaşan zaman Terrinin əlini sıxmağı rədd etmişdi.

3. Benzema və Riberi də adları skandala qarışmış futbolçulardandır. Fransa millisinin üzvləri azyaşlı qızla birlikdə olmaqla ittiham olunublar.

Riberi, Zahia Deharla əlaqəyə girdiyini qəbul etsə də, Benzema qızın yaşını bilmədiyini bildirərək ittihamları rədd edib.

4. Almaniya yığmasının keçmiş üzvü Oliver Kahn isə hamilə arvadına 21 yaşlı modellə xəyanət edib.

Rüstəm