Cibgirlik edən gəncə iş verildi

11 Dekabr 2014 12:54 (UTC+04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində soyğunçuluqda təqsirli bilinən 1983-cü il təvəllüdlü Elbrus Cavadovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Rasim Sadıqovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Elbrus Cavadov 5 il müddətinə azadlıqdan məhrum edilib.

Elbrus Cavadov Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində həbs edilib. O, Sumqayıtda sərnişin avtobuslarında və ticarət obyektlərində cibgirliklə məşğul olub.

Hacı Zeynalov