Putin: “Delimitasiya sülh müqaviləsinin imzalanmasına imkan verəcək”

23 Noyabr 2022 19:36 (UTC+04:00)

“Ümid edirik ki, sərhədlərin delimitasiyası və humanitar məsələlərlə bağlı qərarlar Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına imkan yaradacaq”.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin İrəvanda deyib.

O həmçinin qeyd edib ki, Ermənistanın baş naziri Nikol Paşinyanla Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması məsələlərini müzakirə edib.