İqor Xovayev Bakıya niyə gəlib? – Zaxarova açıqladı

24 Noyabr 2022 16:28 (UTC+04:00)

Rusiya Xarici İşlər Nazirliyinin Azərbaycan-Ermənistan münasibətlərinin tənzimlənməsi üzrə xüsusi nümayəndəsi İqor Xovayev bu gün Bakıda Ermənistanla sülh müqaviləsinin imzalanması mövzusunu müzakirə edəcək.

Teleqraf.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

“Noyabrın 14-də Xovayev İrəvanda olub və orada Ermənistanın siyasi rəhbərliyi ilə bir sıra məsləhətləşmələr aparıb. Bu gün Bakıdadır. Bu təmasların mövzusu sülh sazişinin bağlanmasıdır”, - Zaxarova bildirib.

Sülh sazişi ilə bağlı İrəvan və Bakıda verilən bəyanatlara gəlincə, Zaxarova qeyd edib ki, bu mövzu çox həssas və mürəkkəbdir:

“Biz konkret razılaşmadan əvvəl tərəflərin mövqelərinin müzakirəsini məqsədəuyğun hesab etmirik”.