“Bunun Ermənistan üçün nəticələri olacaq” – Erməni deputat

24 Noyabr 2022 17:14 (UTC+04:00)

“KTMT-nin yardım sənədini imzalamaqdan imtinanın Ermənistan üçün nəticələri olacaq”.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Hayk Mamicanyan deyib.

Onun sözlərinə görə, Baş nazir Nikol Paşinyanın bu addımı Ermənistan daxilində vəziyyəti pisləşdirəcək.

Mamicanyan bildirib ki, KTMT-yə üzv dövlətlərdən bəzilərinin liderləri bundan sonra Paşinyanla başqa tonda danışacaqlar:

“KTMT ölkələrinin bəzi liderləri Paşinyanla elə tonda danışacaqlar ki, mən heç kimlə özümə hörmət edərək elə danışmazdım”.

Deputatın fikrincə, istənilən beynəlxalq sənədin həyata keçirilməsi üçün ölkənin çəkisi olmalıdır və ya ən azı beynəlxalq münasibətlərin subyekti olmalıdır ki, Ermənistanın belə bir çəkisi yoxdur.