Lavrovla Kerri Ukrayna məsələsini müzakirə etdi

15 Dekabr 2014 10:58 (UTC+04:00)

İkitərəfli inkişaflar yalnız bərabərlik və qarşılıqlı maraqlar əsasında mümkündür.

Teleqraf.com lenta.ru-ya istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Romada ABŞ dövlət katibi Con Kerri ilə görüşündə səsləndirib. Onun sözlərinə görə, Rusiya hökuməti bütün dövlətlərlə qarşılıqlı münasibətlər saxlamağa hazırdır.

Görüşdə həmçinin Ukrayna böhranı, Suriya və İraqdakı terrorçuluqla mübarizə məsələləri müzakirə olunub.

Ukraynadakı vəziyyətlə bağlı danışan Lavrov Minsk razılaşmasına əsasən əlaqə qrupunun görüş keçirilməsinə ehtiyac olduğunu deyib.

O, Ukraynadakı vəziyyətlə bağlı Rusiya hökumətinin narahatlığını Kerrinin diqqətinə çatdırıb.

Samir