Süleyman Dəmirələ acı xəbər

18 Dekabr 2014 16:47 (UTC+04:00)

Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəlin qardaşı Hacı Əli Dəmirəl bu gün səhər saatlarında vəfat edib.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, Hacı Əli Dəmirəl yaşı ilə bağlı yaşadığı narahatlıqlar səbəbilə yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.

Dəmirəlin Isparta İslamköydəki ailə qəbiristanlığına dəfn edilməsi gözlənilir.

Xatırladaq ki, Hacı Əli Dəmirəl keçmişdə Ankaradakı məşhur Yüksəliş kollecinin sahibi olub. Onun oğlu Yəhya Dəmirəl keçən il qaraciyər çatışmazlığından həyatını itirib.

Samir