Bakının meqapolis perspektivləri haqda kitab nəşr edilib

22 Dekabr 2014 12:45 (UTC+04:00)

Gənc tədqiqatçı AMEA-nın İqtisadiyyat İnstitutunun elmi işçisi Nurlan Mirzəliyevin “Meqapolisdə turizm sənayesinin formalaşması və inkişafı. Bakı şəhərinin meqapolis perspektivləri” adlı əsəri çapdan çıxıb.

Əsər böyük elmi əhəmiyyəti olan hadisə kimi qiymətləndirilir. Bu kitab yenicə qədəm basmış gənc elmi tədqiqatçının – Azərbaycan Turizm İnstitutunun ilk məzunlarından biri olan N. Mirzəliyevin magistr dövründə apardığı araşdırmaların nəticəsində meydana gələn ilk qələm məhsulu kimi qiymətləndirilə bilər.

Kitab turizm sahəsində təhsil alan bakalavr və magistrlər, həmçinin bu sahənin gənc tədqiqatçıları üçün də faydalı mənbədir.

Cavidan