"Real"ın futbolçusu azarkeşləri şoka saldı - FOTO

10 May 2014 14:39 (UTC+04:00)

"Real"ın futbolçulsu Pepe sıradan çıxıb. Təcrübəli müdafiəçi baldır əzələsindəki zədə səbəbi ilə tibbi müayinədən keçib.

Teleqraf.com xəbər verir ki, bu barədə İspaniyanın məşhur AS dərgisi məlumat yayıb.

Futbolçunun sol ayağının baldır əzələsində birinci dərəcəli qırılma aşkarlanıb. Bu cür zədələrin bərpa prosesi ən azı 15 gün çəkir.

Pepenin mayın 24-də Çempionlar Liqasının finalında Madrid "Atletiko"su ilə keçiriləcək qarşılaşmada iştirak edib-etməyəcəyi dəqiq bilinmir.

Aygün İlqarqızı