İŞİD 2 kəndi itirdi

24 Dekabr 2014 12:09 (UTC+04:00)

İraqın Səlahattin rayonunda yerli qüvvələrlə İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatı döyüşçüləri arasında döyüşlər davam edir.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, iki ayrı bölgədə gedən qarşıdurmalar zamanı İŞİD iki kənddə nəzarəti itirib. Hücumlar zamanı 40 terrorçunun öldürüldüyü bildirilib.

Rəsmilər döyüşlərdə İraq ordusunun 10 əsgərinin də pusquya düşərək həyatını itirdiyini qeyd ediblər.

Samir