Ukrayna yeni hücuma başladı

10 May 2014 23:29 (UTC+04:00)

Luqansk vilayətinin statusu barədə referendum ərəfəsində Ukrayna öz hərbi texnikasını şəhərə yaxınlaşdırır.

Bu barədə özünü regionun “xalq qubernatoru” adlandırmış Valeri Bolotov bu gün bildirib.

Donetsk və Luqansk vilayətlərində mayın 11-də regionların statusu haqqında referendum keçirilməlidir. Luqansk vilayətində bülletenlərə aşağıdakı sual yazılıb: "Luqansk Xalq Respublikasının dövlət müstəqilliyi aktını dəstəkləyirsinizmi?".

"Məlumat var ki, Starobelsk şəhəri tərəfdən 40-a yaxın zirehli döyüş maşını gəlir. Yəni hər tərəfdən qüvvələr gətirilir", - deyə Bolotov bildirib./anspress/