“Qarabağ” ilin komandası oldu - SİYAHI

24 Dekabr 2014 17:35 (UTC+04:00)

Bu gün İdman Araşdırmalar Mərkəzi (İAM) "İlin qalibləri" layihəsinin yekunları ilə əlaqədar mükafatlandırma mərasimi keçirib.

Teleqraf.com xəbər verir ki, "Demirchi Tower"də təşkil olunan tədbirdə Gənclər və İdman Nazirliyi, müxtəlif federasiyalar veteran futbolçular və idman ictimaiyyətinin digər nümayəndələri iştirak edib. İAM-ın jurnalistlər arasında keçirdiyi sorğu nəticəsində aşağıda qeyd olunan 9 nominasiya üzrə qaliblər müəyyənləşib:

1. İlin idman xadimi: Azad Rəhimov (Gənclər və idman naziri, "Bakı-2015" I Avropa Oyunlarının baş icraçı direktoru)

2. İlin yerli idmançısı: Hacı Əliyev (sərbəst güləş üzrə Avropa və dünya çempionu)

3. İlin yerli futbolçusu: Qara Qarayev ("Qarabağ")

4. İlin əcnəbi idmançısı: Riçard Almeyda ("Qarabağ")

5. İlin komandası (kollektiv idman növləri üzrə): "Qarabağ"

6. İlin baş məşqçisi (bütün idman növləri üzrə): Qurban Qurbanov ("Qarabağ")

7. İlin idman jurnalisti: Natiq Muxtarlı (Komanda.az saytı)

8. İlin mətbuat katibi: Nurlan İbrahimov ("Qarabağ")

9. İlin fəal azarkeşi: İlqar Həmzəyev

Qeyd edək ki, İAM "İlin qalibləri" layihəsi üzrə ilk tədbiri 2013-cü ilin sonlarında həyata keçirib.

Rüstəm