Havada hərəm-salamlıq dövrü – Təyyarədə qadın və kişilər ayrı oturacaq

2 Yanvar 2015 22:22 (UTC+04:00)

Səudiyyə Ərəbistanı Hava Yolları uçuşlarında hərəm-salamlığın tətbiqinə keçib.

Ərəbistan mətbuatınnın yaydığı xəbərlərə görə, Səudiyyə Ərəbistanı Hava Yollarının bu istiqamətdə qərar almasında kişilərin tələbi təsirli olub.

Səudiyyəli kişilər digər kişi sərnişinlərin yoldaşlarının yanında oturmalarına qarşı çıxdıqları üçün aviasiya şirkəti hərəm-salamlığın tətbiqinə başlamağı qərara alıb.

Qərara uyğun olaraq, qohum olmadıqları müddətdə qadınlarla kişilər təyyarədə ayrı-ayrı oturdulacaq.

İLHAMƏ